Bir neçə il əvvəl Bakıda şantaj yolu ilə külli miqdarda pulu ələ keçirməkdə ittiham olunan dəstənin üzvlərindən biri Fərid Qasımovun anası Kəmalə Qasımova oğluna şər atıldığını iddia edir.
Bildirək ki, təqsirləndirilən şəxslər Samir Mahmudov, Zaur Əliyev, Elvin Zahidov, Fərid Qasımov və Yaqut Kərimovadır. İttihama görə, təqsirləndirilən şəxslər Fərman Fərmanzadə adlı şəxsi hədələyərək ondan külli miqdarda pul alıblar. Fərid Qasımov zərərçəkmişə Mərdəkan qəsəbəsində torpaq sahəsi satmaq üçün vəd verib. Həmin torpaq sahəsinə sənəd almaq üçün ondan müxtəlif məbləğlərdə pul tələb edib. Daha sonra isə onu şantaj edib.
İttiham aktında qeyd olunur ki, Fərid Qasımov torpaq sahəsi üçün saxta sənədlər hazırladığını, buna görə Fərman Fərmanzadənin də məsuliyyət daşıdığını deyib. Bununla da ondan pul tələb edib. Pulu verməyəcəyi təqdirdə isə polisə məlumat verəcəyini deyib. Marqarita pizza
Ondan 50 min, daha sonra isə 15 min manat tələb edildiyi bildirilir. Pulu verməyəcəyi təqdirdə digər şəxslərin Fərman Fərmanzadəni döyməklə, işgəncə verməklə hədələdiyi söylənilir. Şantajlardan sonra pulu verə bilməyən zərərçəkmiş hüquq-mühafizə orqanlarına şikayət edib.
Şikayət əsasında dəstə üzvləri həbs edilib. İstintaq orqanı tərəfindən dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci ( külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.
Məhkəmənin qərarı ilə 12 il həbs cəzası alan Fərid Qasımovun anası Kəmalə Qasımova Yenisabah.az-a yenidən müraciət edib. O, oğlunun heç bir günahı olmadığını, evini sataraq oğlunun övladının borcunu ödədiyini bildirir.
K. Qasımovun sözlərinə görə, o, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri, həmçinin də Məhkəmə Hüquq Şurasının üzvü Hafiz Nəsibovun qəbulunda olub:
“O, mənə söz verdi ki, oğlumun cinayət işini öz nəzarətinə götürəcək, ədalətli qərar qəbul olunması üçün köməklik göstərəcək. 4 ilə yaxındır bu iş davam edir. Mən bütün yuxarı instansiyaların hamısında, Mehriban xanımın qəbulunda olmuşam, Prezident Aparatında Fuad Ələsgərovun, daxili işlər naziri Vilayət Eyvazvoun qəbulunda olmuşam”.
Məhbus anası deyib ki, müraciət etdiyi yerlərin çoxundan ona dəqiq bir cavab gəlməyib:
“Son vaxtlar isə Ədliyyə Nazirliyində olmuşam, orada da Aynur Sabitova məni qəbul etdi. Özü mənə dedi ki, sizi vəkillə təmin edəcəyəm, amma etmədi, aldatdı.
İndi iş Ali Məhkəmədədir. Mən Hafiz Nəsibova da bildirdim ki, evimi satdım, ziyanı ödədim, amma oğluma yenə də 12 il iş verdilər”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız