Mehdiyev 1/4 finalda - Dünya Çempionatı

saytların hazırlanması

Evə çatdırılma

Mehdiyev 1/4 finalda - Dünya Çempionatı

İdman

29 Avqust 2019 08:45 935


Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında Azərbaycanın daha 2 cüdoçusu mübarizəyə qoşulub.

“Yeni Sabah” xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan Məmmədəli Mehdiyev  1/32 finalda  İrji Petrlə (Çexiya) üz-üzə gəlib və qələbə qazanıb. O, 1/16 finalda Remi Fülleni (Mavritiya) məğlub edib. 1/8 finalda isə Mehdiyev "Minsk 2019" II Avropa Oyunlarının 1/4 finalında uduzduğu türkiyəli Mikayıl Özerler ilə qarşılaşıb. O, görüşü ipponla başa vuraraq, adını 1/4 finala yazdırıb.  

70 kq çəkidəki qadın cüdoçu Günel Həsənli isə mübarizəni erkən dayandırıb. O, 1/32 finalda Aoyfe Koflana (Avstraliya) uduzub. Dominos pizza

Qeyd edək ki, hələlik Azərbaycan cüdoçuları dünya çempionatında 2 medal qazanıb. 73 kq çəki dərəcəsində Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medala yiyələnib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!