Məhəmməd Mürsinin ölüm səbəbi məlum olub

saytların hazırlanması

Evə çatdırılma

Məhəmməd Mürsinin ölüm səbəbi məlum olub

Dünya

18 İyun 2019 07:04 1182


Misirin keçmiş prezidenti Məhəmməd Mürsinin ölüm səbəbi məlum olub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə tibb dairələrindəki mənbələrə istinadən Misirin dövlət televiziyası məlumat yayıb.

Qeyd olunub ki, 67 yaşlı Məhəmməd Mürsi kəskin ürək çatışmazlığından vəfat edib. Həkimlərin sözlərinə görə, Mürsi xoşxassəli şişdən əziyyət çəkib və ona müntəzəm olaraq tibbi yardım göstərilib. pizza

Mürsi casusluqda ittiham olunduğu məhkəmə iclası zamanı dünyasını dəyişib. O əvvəlcə huşunu itirib və özünə gəlmədən keçinib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!