Məhərrəm Əliyevin qəzaya düşən nəvəsi ilə bağlı ailədən AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Məhərrəm Əliyevin qəzaya düşən nəvəsi ilə bağlı ailədən AÇIQLAMA

Sosial

08 Avqust 2020 12:39 1569


Ötən gün Prezidentin köməkçisi – Administrasiyanın Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevin nəvəsinin Rusiyada qəzaya düşməsi ilə bağlı məlumat yayılmışdı.

Yenisabah.az bildirir ki, ailəsindən hadisə ilə bağlı “Qafqazinfo”ya açıqlama verilib. Bildirilib ki, söhbət Məhərrəm Əliyevin qızının oğlundan gedir. 

Qeyd olunub ki, qəza onlara məxsus avtomobilin digər bir maşının sürücüsü tərəfindən vurulması nəticəsində baş verib. Qəza zamanı M. Əliyevin nəvəsi sükan arxasında olmayıb. Həmçinin vurğulanıb ki, insident xəsarətsiz ötüşüb. pizza hut

Qeyd edək ki, ötən gün Məhərrəm Əliyevin nəvəsinin Moskvanın şimalında qəzaya düşməsi barədə xəbər yaymışdı. Məlumatda bildirilirdi ki, Moskvanın Bolşaya Akademiçeskaya küçəsində oğlanın idarə etdiyi “Toyota Land Cruiser” markalı avtomobil “Lexus”la toqquşub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!