Məhərrəmlikdə kimlər toy edir?   - “O cür insanları tanımaq istəmirəm“

saytların hazırlanması

Evə çatdırılma

Məhərrəmlikdə kimlər toy edir? - “O cür insanları tanımaq istəmirəm“

Maraqlı

17 Avqust 2021 12:52 9380


Məhərrəm ayı olmasına baxmayaraq, son 2 gündə Bakıda və ölkənin digər bölgələrində 100-ə yaxın toy şənliyi keçirilib. Əvvəlki illərlə müqayisədə bu statistika təəccüb doğurur.

Məhərrəm ayında toylara ara verilməməsinə səbəbi nədir? Azərbaycanda Məhərrəmlik üçün xas olan ayinlərə qarşı etinasızlıq yaranıb, yoxsa, insanlar yeni qapanmanın olacağından narahatdırlar?

Sabiq deputatı, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu son günlərin aktual mövzusu haqqında Yenisabah.az-a danışıb. O, bu məsələnin hər kəsin şəxsi düşüncəsindən asılı olduğunu qeyd edib: Sezar pizza

“Bu özəl məsələdir. Azərbaycanın müxtəlif inanclı, müxtəlif milli mənsubiyyətə aid vətəndaşları var. Biz xristianlardan və ya başqa dini inanclı insanlardan tələb edə bilmərik ki, toy keçirməyin. Bizim millətimizin içində də həmin günlərdə toy edənlər olur. Mən şəxsən özüm 70-ci illərdə Aşura günü gəlin gətirilməsinin şahidi olmuşam. Bu sadəcə inanc və düşüncə məsələsidir. Kimlərsə toy edər, kimlərsə etməz. Hər kəs bir-birinin şəxsi inancına hörmətlə yanaşmalıdır”.

M.Mirəlioğlu toylara dəvət alıb-almaması haqqında da danışıb:

“Mən bu günə qədər  Məhərrəm ayında 100-ə yaxın toyun keçirilməsini görməmişdim. Bu il bir ilkdir. Lakin mən dəvət almamışam. İnanmıram ki, mənim tanıdığım insanlar və ya məni tanıyanlar Məhərrəm ayında məni toya dəvət etsinlər. O, cür insanlar tanımıram, tanımaq isdəmirəm”.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!