Məhkəmə Turanı öldürən 20 yaşlı Ruslan barəsində QƏRAR ÇIXARDI

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə Turanı öldürən 20 yaşlı Ruslan barəsində QƏRAR ÇIXARDI

Kriminal

30 Noyabr 2022 13:28 6940


"Şağan olimpiya komleksi"ndə  keçirilən yarış zamanı 2002-ci il təvəllüdlü, Sumqayıt şəhərində anadan olmuş Səfixanov Ruslan Elçin oğlu 2006-cı il təvəllüdlü Rüstəmov Turan Zəka oğlunu bıçaqla xəsarət yetirərək qəsdən həyatdan məhrum edib.

Yenisabaha.az BAKU.WS-ə istinadla xəbər verir ki, bu sözləri İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində qonaq olan Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru Kənan Babazadə bildirib.

O əlavə edib ki, ilkin istintaq zamanı hadisənin şəxsi münasibətlər zəminində baş verməsi müəyyən olunub və şübhəli şəxs qismində tutulan Səfixanov Ruslan ifadəsində qeyd edilən əməli törətdiyini etiraf edib: "28 noyabr tarixində Xəzər rayon Məhkəməsində Səfixanov Ruslan barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib". Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!