Məhkəmə “Vaqa” barədə qərar verdi

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə “Vaqa” barədə qərar verdi

Kriminal

30 May 2025 15:07 466


Narkotik ittihamı ilə həbs edilən daha bir tiktoker Vüqar Zeynalzadə (Vaqa), "Tosu" ləqəbli Məhərrəm Həsənov və Emin Abdullayevin ev dustaqlığına buraxılması barədə vəsatətlərə baxılıb.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi hər üç şəxs barəsində qərar qəbul edib. Məhkəmə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar verib.

Qeyd edək ki, təqsirləndirilən Vüqar Zeynalzadə və Məhərrəm Həsənov Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma), Emin Abdullayev Cinayət Məcəlləsinin 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) 244-1.2.2-ci (qumar oyunu təşkil etməmaddələri ilə təqsirli bilinirlər. Sezar pizza

Onların hər üçü barısində həbs qətimkan tədbiri seçilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!