Məhkəmədə Davit İşxanyan son söz çıxışı edir

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmədə Davit İşxanyan son söz çıxışı edir

Siyasət

26 Dekabr 2025 14:14 380


Dekabrın 26-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir.

"Yeni Sabah" xəbər verir ki, məhkəmə iclasında təqsirləndirilən şəxs Davit İşxanyan son söz çıxışı edir.

O, ittiham tərəfinin bildirdikləri ilə bağlı özünün əks arqumentlərini səsləndirir. pizza hut

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!