Məhkəməlik oldular

saytların hazırlanması

Evə çatdırılma

Məhkəməlik oldular

Şou

13 İyul 2025 11:09 306


Türkiyənin "Tims&B" şirkətinin istehsalı olan və baş rollarını Çağatay Ulusoyla Demet Özdemirin paylaşdığı "Eşref Rüya" serialı məhkəməlik olub.

Yenisabah.az xəbər verir ki, məşhur yazıçı Murat Menteş serialın ssenarisində özünə məxsus ideya və elementlərin icazəsiz şəkildə istifadə olunduğunu iddia edib.

Onun sözlərinə görə, bu yay çəkilişlərinə start verilən və baş rollarında Barış Arduç və Tuba Büyüküstünün çəkildiyi "Dehşet Bey" adlı filmdən bir sıra səhnələr "Eşref Rüya" serialına köçürülüb. Dördpendirli pizza

 

 

Menteş bildirib ki, "Dehşet Bey" filminin orijinal ssenarisi onun müəllifliyinə məxsusdur və bu əsərin serialda icazəsiz şəkildə uyğunlaşdırılması müəllif hüquqlarının pozulması anlamına gəlir. Bu səbəbdən yazıçı "Tims&B" şirkətinə və layihənin ssenari müəllifi Ethem Özışıka qarşı hüquqi prosedura başladığını açıqlayıb.

Hazırda məsələ ilə bağlı hüquqi proseslər davam edir və qarşı tərəfdən hələlik rəsmi açıqlama verilməyib./Baku.ws

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!