Məhkum olunan fransız rəssam da əfv edildi   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Məhkum olunan fransız rəssam da əfv edildi - FOTOLAR

Kriminal

26 May 2025 10:32 388


Prezident İlham Əliyev 2025-ci il mayın 25-də məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, ümumilikdə onlarla məhkumun cəza müddətinin tam və ya qismən bağışlanması təmin olunub.

Yenisabah.az xəbər verir ki, əfv olunan şəxslər arasında xarici ölkə vətəndaşı da var. Belə ki, Fransa vətəndaşı, 1986-cı il təvəllüdlü Clerc Theo Hugo da Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Theo Hugo 2024-cü ilin sentyabrında Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. Məhkəmə qərarında onun paytaxtın metropoliten ərazisində vaqonları qanunsuz olaraq yazı və rəsmlərlə çirkləndirdiyi, bu əməllə ictimai əmlaka zərər vurduğu qeyd olunmuşdu. Sezar pizza

Xatırladaq ki, Theo Hugo-nun Bakıda metro vaqonlarına müxtəlif xarakterli qrafiti və rəsm əsərləri çəkdiyi sosial şəbəkələrdə və mediada geniş rezonansa səbəb olmuşdu. Onun bu hərəkətləri ictimai qınağa səbəb olmuş, nəticədə hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq məhkəmə qarşısına çıxarılmışdı.

Hazırda əfv qərarı ilə Theo Hugo cəza çəkməkdən azad edilib və o, ölkəsinə geri dönmək hüququ əldə edib.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!