Mehman Hüseynov xəstəxanada müalicə olunur: “Sağlamlığım təhlükədədir“ -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Mehman Hüseynov xəstəxanada müalicə olunur: “Sağlamlığım təhlükədədir“ - Fotolar

Hadisə

16 Aprel 2020 22:30 1342


Bloqqer Mehman Hüseynov səhhətində yaranmış problemlərə görə xəstəxanada müalicə alır.

Yenisabah.az xəbər verir ki, bu barədə bloqqer özü sosial şəbəkədə məlumat yayıb.

O artıq müalicəyə başladığını bildirib: "Mən artıq 3-cü həftədir ki, müalicə alıram, həkim nəzarətindəyəm. Həbsdən sonra sağlamlığımın üstünə düşməmişdim. Müayinə vaxtı məlum oldu ki, sağlamlığım təhlükədədir və dərhal həkimlərin müdaxiləsi lazımdır. pizza

Müalicə vaxtı həkimlər mənə telefondan, sosial şəbəkələrdən uzaq durmağa tövsiyə etdi. Mən də bir müddət sosial şəbəkələrdən uzaqlaşmağa qərar verdim. Çünki yataq vəziyyətdə heç cür mübarizə aparmaq, fəaliyyət göstərmək, xalqa xidmət etmək olmur. İndiki durumda xəstəliyimlə mübarizə aparıram. Müalicəm artıq bitmək üzrədir, həkimlərin son qərarını gözləyirəm. Növbəti addım nə olacaq, hələ dəqiq bilmirəm. İnanıram ki, nəticədə hər şey yaxşı olacaq və mən ayağa qalxacam".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!