Bu gün Azərbaycan Prezidenti İlham Əliyev UNESKO-nun Baş direktoru xanım Odre Azulenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
“Yeni Sabah” xəbər verir ki, daha sonra Birinci vitse-prezident, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da Azərbaycanda səfərdə olan UNESKO-nun Baş direktoru xanım Odre Azule ilə görüşüb.
Mehriban Əliyeva UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında iştirak etmək üçün ölkəmizə gəldiyinə görə UNESKO-nun Baş direktoru Odre Azuleyə minnətdarlığını bildirib. Təşkilatın Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayan UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Odre Azulenin həmin tədbirə diqqətinin bu sessiyanın uğurla keçəcəyinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Marqarita pizza
O, Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın bir çox sahələrdə - mədəniyyət, elm, təhsil və digər istiqamətlərdə çox uğurla inkişaf etdiyini məmnunluqla vurğulayıb. “Bütün bu illərdə birgə keçirilən toplantılarda, böyük beynəlxalq tədbirlərdə UNESKO ailəsinin üzvü olmaq mənim üçün çox xoşdur, böyük şərəfdir”,
Sonra Mehriban Əliyeva və Odre Azule birgə nahar ediblər.
Telegram kanalımız