Mehriban Vəliyeva yeni vəzifəyə təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

Mehriban Vəliyeva yeni vəzifəyə təyin edildi

Maraqlı

06 Oktyabr 2023 19:37 1019


Mehriban Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsindən azad edilərək Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin direktor müavini təyin edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Hələlik onun yerinə təyinat olmayıb. M.Vəliyeva hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edir. pizza mizza

Qeyd edək ki, bu yaxınlarda Elm və Təhsil Nazirliyinin keçmiş şöbə müdiri Eşqi Bağırov Agentliyin direktoru vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, Mehriban Vəliyeva müvafiq əmrlə 2020-ci il 11 dekabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!