Mehriban Zəkinin səhhəti necədir?

Mehriban Zəkinin səhhəti necədir?


Xalq artisti Mehriban Zəkinin səhhəti ilə bağlı son vəziyyəti açıqlanıb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bu barədə aktrisanın yaxınları məlumat yayıb.

Hazırda onun vəziyyəti stabildir.

Xatırladaq ki, martın 22-də Saray yolunda baş vermiş qəzada Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib, həyat yoldaşı əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki isə xəsarət alıb.

Axşam saatlarında TƏBİB-in yaydığı məlumata əsasən, Xalq artisti Mehriban Zəki və Dilarə Əliyeva Sumqayıtdan Bakıda yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə olunublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!