Bakıda özünü məktəbin üçüncü mərtəbəsindən atan 162 saylı məktəbin 8-ci sinif şagirdi xəstəxanda dünyasını dəyişib.
Bu barədə məktəbli qızın yaxınları məlumat veriblər.
Onlar qeyd ediblər ki, intihara cəhd edən şagir Elina Hacıyeva bu gün səhər saatlarında Mərkəzi Klinik Xəstəxanasında dünyasını dəyişib. Sezar pizza
Qeyd edək ki, Elina Hacıyevanın anası Sevil Hüseynova bildirmişdi ki, qızı məktəbdə oxuduğu dövrdə dəfələrlə təhqirə məruz qalıb.
"Qızımı məktəbdə incidirdilər. Böyük sinifdə təhsil alanlar qızımı ələ salırdılar. Ona "peysər”, "lezbiyan”, "quş” deyirdilər. Qızımla birlikdə bacımın qızı da təhsil alır. Xalası qızı da onun tərəfini tuturdu deyə, o qızı da incidirlər”, - deyə Sevil Hüseynova bildirib.
Buta.media
Telegram kanalımız