Məktəb direktorlarının arxasında məmurlar dayanır

saytların hazırlanması

Evə çatdırılma

Məktəb direktorlarının arxasında məmurlar dayanır

Sosial

14 Aprel 2019 23:44 2118


162 saylı məktəbdə baş verən intihar hadisəsi orta təhsil sistemini silkələdi. 

“Yeni Sabah” xəbər verir ki, təhsil üzrə ekspert Etibar Əliyev bildirib ki, bu kimi halların qarşısı öncədən alınmalıdır. Bunun üçün  qabaqlayıcı tədbirlərin görülməsini vacib hesab edən ekspert bir sıra təkliflər irəli sürüb: 

- Bütün məktəb direktorlarının bioqrafiyaları yenidən araşdırılmalıdır; pizza hut

- Məktəb direktorlarının böyük əksəriyyətinin arxasında duran deputatlar və məmurlar var. Həmin məktəb direktorları daha çox özbaşınalıq edir və məktəbdə ayrı-seçkilik mühiti yaradırlar. Məlum oldu ki, 162 saylı məktəbin direktorunun dalında Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova dururmuş. 

- Orta məktəblər üçün keçirilən qrant layihələrinin monitorinqi aparılmalıdır, bu sahədə ciddi qüsurlar mövcuddur;

- Məktəb direktorlarının seçimi qapalı həyata keçirilməməlidir, bu prosesə ictimaiyyətin nümayəndələri cəlb olunmalıdır;

- Məktəblərdə təlim-tərbiyənin yeni metodları işlənməlidir;

- Məktəblərdə təhsilin keyfiyyətinin qiymətləndirmə mexanizmləri işlənməyib. Təcili olaraq bu prosesə başlamaq lazımdır. Yalnız bunun vasitəsilə direktorların işinə qiymət vermək mümkün olacaq; 

- Təlim - tərbiyə və uşaq psixologiyası ilə bağlı broşurlar çap olunub məktəblərə paylanmalıdır.

- Məktəblərin cəmiyyətə açıq olması istiqamətində işlər gücləndirilməlidir;

E. Əliyev qeyd edib ki, məktəblər dezinformasiya məkanına çevrilib. Son hadisələrlə bağlı yazılan yazıların əksəriyyəti dezinformasiyalara söykənirdi: “Gözlənilir ki, 162 saylı məktəblə bağlı aparılan istintaq cəmiyyəti heyrətə gətirəcək xeyli faktlar ortaya çıxaracaq”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!