Məktəbdə bıçaqlanan şagird əməliyyat olundu

saytların hazırlanması

Evə çatdırılma

Məktəbdə bıçaqlanan şagird əməliyyat olundu

Hadisə

12 Aprel 2022 11:45 1154


Siyəzən Rayon Təhsil Şöbəsi şəhərin C.Cabbarlı adına 1 saylı tam orta məktəbində şagirdin bıçaqlanması ilə bağlı məlumat yayıb.

Təhsil Şöbəsindən "Yeni Sabah"ın sorğusuna cavab olaraq bildirilib ki, 05.04.2022-ci il tarixində Siyəzən şəhər C.Cabbarlı adına 1 saylı tam orta məktəbində böyük tənəffüs zamanı X sinif şagirdi Əliyev Nazim Hikmət oğlu (adlar şərtidir) və IX sinif şagirdi Quliyev Nurlan İlkin oğlu (adlar şərtidir) arasında mübahisə yaranmışdır. Dava zamanı IX sinif şagirdi X sinif şagirdini bel nahiyəsinə bıçaqla zərbə endirmişdir. Bu zaman hadisədən xəbər tutan məktəbin müəllimləri həmin yerə gələrək şagirdi təcili yardım maşını ilə Siyəzən rayon Müalicə Diaqnostika Mərkəzinə aparmışdır. Xəstəxanada yaralı şagird əməliyyat olunmuşdur.

Hazırda şagird Bakıda Kliniki Tibbi Mərkəzdə müalicə alır. Bu gün ev şəraitində müalicəyə buraxılacaqdır. Xəsarət yetirən şagird barəsində Siyəzən Rayon Polis şöbəsində araşdırılma aparılır. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!