Məktəbdə direktor müavininin döyülməsi ilə bağlı   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Məktəbdə direktor müavininin döyülməsi ilə bağlı AÇIQLAMA

Sosial

09 Yanvar 2026 11:53 1679


Bakıda məktəb direktorunun müavinini döyən müəllimə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilib.

Bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, 2025-ci il oktyabrın 28-də 180 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə üzrə təşkilatçı ilə münaqişə yaradıb və ona xəsarət yetirib: Dördpendirli pizza

“Məsələ ilə əlaqədər hüquq-mühafizə orqanlarına məlumat verilib. Araşdırma nəticəsində riyaziyyat müəllimi İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən cərimə olunub. Məsələ ilə bağlı məhkəməyə müraciət olunduğu üçün araşdırma davam edir”.

Məlumata görə, məktəbdə pedaqoji mühitə zidd davranışına, məktəb rəhbərliyinə, müəllimlərə qarşı uyğunsuz münasibətinə və “Təhsilverənlərin etik davranış" Qaydalarını pozduğuna görə qeyd olunan riyaziyyat müəlliminə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Əsmətxanım Rzazadə

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!