Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olundu

Maraqlı

07 Oktyabr 2023 15:41 439


Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunublar.

Yenisabah.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, nazirliyin Aparat rəhbərinin müavini Nərminə Hüseynova, Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunublar. pizza hut

Mehriban Vəliyevaya, həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsi həvalə olunub. 

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev bu barədə müvafiq əmrlər imzalayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!