Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olundu

Maraqlı

02 Oktyabr 2023 18:58 579


Eşqi Bağırov Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Eşqi Bağırov Elm və Təhsil Nazirliyində əmək fəaliyyətinə 2014-cü ildən İnsan resursları şöbəsinin məsləhətçisi kimi başlayıb. Sezar pizza

Eşqi Bağırov 2016-2017-ci illərdə həmin şöbədə sektor müdiri, müdir müavini vəzifələrində, 2018-ci ildən isə şöbə müdiri vəzifəsində çalışıb. 2022-ci ildən nazirliyin Aparat rəhbərinin müavini səlahiyyətlərinin icrası ona həvalə edilib.

Eşqi Bağırov 2006-2010-cu illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavriat, 2019-2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında isə dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura təhsili alıb.

Hazırda ADA Universitetində dövlət idarəetməsi ixtisası üzrə təkrar magistratura təhsili alır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!