Maştağa qəsəbəsi, 22 saylı orta məktəbin yaxınlığındakı fərdi yaşayış evində yanğın başlayıb.
Bu barədə məlumatı jurnalist Bəxtiyar Hacıyev yayıb.
O bildirib ki, yanğının ətrafdakı evlərə keçmə ehtimalı böyükdür. Pepperoni pizza
İlkin ehtimala görə, hadisə elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Gülçin Mehdiyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda yanğınsöndürmə briqadası hadisə yerindədir. Yanğın barədə çağırışın nə vaxt daxil olması və yanğınsöndürənlərin hadisə yerinə çatması haqda dəqiq məlumat açıqlanacaq.
Telegram kanalımız