Məktəbli Ermənistan bayrağına etiraz etdi

saytların hazırlanması

Evə çatdırılma

Məktəbli Ermənistan bayrağına etiraz etdi

Sosial

22 Fevral 2019 16:14 936


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 95 nömrəli tam orta məktəbin V sinif şagirdi Zəhra Salmanlı İranda keçirilmiş idman yarışında örnək ola biləcək addım atıb.

“Yeni Sabah” xəbər verir ki, Z.Salmanlı turnirin keçirildiyi məkanda Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz edib. O, Azərbaycan bayrağının yerinin dəyişilməyəcəyi təqdirdə yarışa qatılmayacağını bildirib. Bayraq fərqli və daha uyğun yerdə asıldıqdan sonra yarışa qatılan məktəbli karate idman növü üzrə bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, rəqibləri arasında erməni idmançını da məğlub edən Zəhra Salmanlı sonda qızıl medal və diplomla təltif olunub. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!