“İntihar məsələsi psixiatriyanın ən ağrılı, yaralı yeridir. Təəssüflər olsun ki, bu hallarla tez-tez rastlaşırıq”.
Bu sözləri “Yeni Sabah” a intihar hallarından danışan psixiatr Orxan Fərəcli deyib. O bildirib ki, konkret olaraq Elinanın intiharında vəziyyət qarışıqdır:
“Təbii ki, təzyiqlər, yeni məktəb, adaptasiya problemləri olub. Bu adaptasiya problemlərinin kökündə ətrafdan təzyiqlər, qəbul etməmə, yeniyetmələrin müəyyən qruplaşmaları olur ki, başqa heç kimi qəbul etmirlər və kənarlaşdırmalar buna səbəb olur. İntiharın törədilmə üsulu nə qədər qəddarlıqla törədilirsə,bu, daha ciddi məsələlərdən xəbər verir. Sağ qalma ehtimalını aşağı salan üsullarla törədilib. İntiharlarda “Verter effekti” deyilən bir şey var. Nə qədər çox danışılsa, rast gəlmə tezliyi artır. Bu “Gənc Verterin iztibarları” əsərindən götürülmüş bir şeydir. Bu kitab çap olunanda, həmçinin Murat Kəkillinin “Bu akşam ölürüm” mahnısı ətrafında da çoxlu intiharlar oldu. Yəni intihar xəbərini nə qədər çox paylaşırlarsa, intihar o qrupda nə qədər çox yayılırsa, artma ehtimalı ola bilər”. Marqarita pizza
Psixiatr əlavə edib ki, fərqli psixologiyaya malik uşaqların birlikdə təhsil almasında problem yoxdur”.
“İnklüziv təhsil proqramında hətta ağır ruhi xəstə uşaqların belə normal məktəblərdə inteqrasiyasına çalışırlar. Bunları nəzərə almasaq çətin tərbiyə olunan uşaqlar üçün xüsusi təhsil müəssisələri var. Amma onların birlikdə təhsil almasının xüsusi təsiri yoxdur”.
Qeyd edək ki, 162 saylı məktəbdə özünü 3-cü mərtəbədən atan VIII sinif şagirdi Elina Hacıyeva aprelin 6-da dünyasını dəyişdi. Bununla yanaşı bir neçə ildə məktəblilərin müxtəlif səbəblərdən intihar hallarının artdığı müşahidə edilir.
Əsmər Qabil
Telegram kanalımız