Məktəblilərin intihar halı kəskin artıb – Şok faktlar

saytların hazırlanması

Evə çatdırılma

Məktəblilərin intihar halı kəskin artıb – Şok faktlar

Sosial

06 Aprel 2019 20:27 1507


"Son 3 il ərzində azyaşlılar, xüsusilə məktəblilər arasında intihar və intihara cəhd hallarının sayı kəskin şəkildə artıb. Diqqəti cəlb edən hallardan biri odur ki, şagirdlər intiharı yaşadıqları evdə yox, təhsil aldıqları məktəbdə edirlər".

Bu sözləri "Yeni Sabah"a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.O,bununla bağlı bəzi faktları da qeyd edib: "Misal üçün bir neçə faktı deyim:

11 oktyabr 2018 –ci il: Qaradağ rayon 302 nömrəli tam orta məktəbdən 3-cü sinif şagirdi intihara cəhd edib. Pepperoni pizza

25 fevral 2015-ci il:  Cəlilabad şəhər 7 saylı orta məktəbdə Məktəbin 7-ci sinif şagirdi, 13 yaşlı şagird özünü məktəbin 3-cü mərtəbəsindən atıb.

4 aprel 2019-cu il: Bakı şəhəri 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən atıb.

Qeyd edim ki, artıq bir ilin içində neçənci dəfədir ki, şagirdlər orta məktəbin yuxarı mərtəbələrindən özlərini ataraq intihara cəhd edirlər. Bu onu göstərir ki, orta məktəblərdə təkcə, tədris və təhsil aşağı səviyyədə deyil, eyni zamanda elementar təhlükəsizlik qaydalarına da riayət olunmur". 

Ekspert bildirib ki, bu gün gənclərimiz tədris müəssisələri üçün ayrılmış ən yaxşı binalarda təhsil alırlar: "Dövlətin qayğısı sayəsində təhsil  müəssisələri üçün müasir üslubda  yeni binalar tikilir, tədris ocaqları üçün zəruri olan bütün şərait yaradılır, ən yeni texnologiyalar tədris prosesində tətbiq olunur.  Xalqın gərgin əməyi, dövlətin külli miqdarda maliyyə vəsaiti hesabına yaradılmış binaları, təhsil müəssisələrinin əmlakını mühafizə etmək,  o cümlədən onu yanğından qorumaq  isə  daima öz aktuallığını saxlayır.

Digər müəssisə və obyektlərdə olduğu kimi təhsil  ocaqlarında da yanğın təhlükəsizliyi üçün məsuliyyəti   müəssisənin rəhbəri daşıyır.

Təhsil müəssisələrində havadəyişmə sistemindəki kameralar, hava boruları, filtrlər  mütəmadi olaraq yanar tozdan və zibil tullantılarından təmizlənməlidir. Havadəyişmə kameralarında  əşyaların saxlanmasına, kənar şəxslərin daxil olmasına yol verilməməlidir.

Hündürmərtəbəli məktəb binalarının pəncərələri şagirdlər üçün açıq olmamalıdır, onlar mühafizə olunan dəmir barmaqlıqlara bağlanmalıdır".

K.Əsədovun sözlərinə görə, məktəblər təhlükəsiz tərbiyənin öhdəsindən gələ bilmirlər: "Təəsüflər olsun ki, məktəb direktorlarının başı şagirdlərdən bu və ya digər yollarla pul yığmağa qarışdığı üçün məktəbdə təhlükəsizlik qaydalarına nəzarət etmirlər. Onsuzda bu gün orta məktəblərdə buraxılış və qəbul imtahanlarının  nəticəsi Təhsil nazirliyinin və orta məktəblərin nəticəsi deyil. Bu repetitorların və hazırlıq kurslarının nəticəsidir. Onların üzərinə orta məktəblərdə təhlükəsiz tərbiyə vermək düşür ki, onlar onun da öhdəsindən gələ bilmirlər. 

Bu vəzifə funksiyasının yerinə yetirməmək deməkdir. Bu əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallardandır. Ona görə də hesab edirəm ki, müvafiq qurum əmək məcəlləsinin tələbləri pozulduğuna görə direktorları işdən azad etməlidir. 

Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

Əmək Məcəlləsinin 72-ci maddəsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halları nəzərdə tutur. Həmin maddənin “ç” bəndinə görə işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir".

Ekspert qeyd edib ki, bu maddələri əsas götürərək cəza tədbiri mütləq şəkildə həyata keçirilməlidir:

"Baş verən hadisələr orta məktəb direktorlarının təhsil müəssisəsinə rəhbərlik edə bilmədiyini, məktəb psixoloqunun öz vəzifəsinin öhdəsindən gələ bilmədiyini göstərir. 

Ümumiyyətlə təhsil sahəsində olan problemlərə nəzər salsaq, onlardan biri, bəlkə də ən aktual olanı orta məktəblərdə psixoloji xidmətin zəifliyidir. Son illər bununla bağlı bir çox tədbirlər görülür. Görülən bu tədbirlər nəticəsində, artıq orta məktəblərdə bu sahənin adı var, bircə qalır doğru-dürüst fəaliyyəti. Təəssüf ki, orta məktəblərdə direktor və psixoloq bu sahəyə hələ də dırnaqarası yanaşır.

Baş verən hadisələr Təhsil Nazirliyinin vəzifəsinin öhdəsindən gəlmədiyini təsdiq edir. Onlar məktəblərə nəzarət edə bilmirlər".

Əsmər Qabil

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!