“Mələk cildinə bürünüb…” - Siyavuş Novruzov Əli İnsanov haqda

saytların hazırlanması

Evə çatdırılma

“Mələk cildinə bürünüb…” - Siyavuş Novruzov Əli İnsanov haqda

Siyasət

18 Mart 2019 20:30 2229


“Həm xaricdəki “sapı özümüzdən olan baltalar”, həm də ölkəmizdəki “beşinci kolon” nümayəndələri sözügedən Əfv Sərəncamının guya hansısa xarici qüvvələrin təzyiqi nəticəsində imzalandığını iddia etməklə ictimai rəyi çaşdırmağa çalışırlar. Halbuki elə bu fikiri deyənlərin özləri, yaxınları-qohumları cənab Prezident İlham Əliyevə, hüquq müdafiəçilərinə, müraciət edərək törətdikləri əməldən peşiman olduqlarını, azadlığa çıxmaq istədiklərini dəfələrlə bildirmişdilər”.

“Yeni Sabah”  xəbər verir ki, bu sözləri YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzov “Əfv və amnistiya aktları hüquqi dövlətin vacib funksiyalarından biridir” məqaləsində bildirib. 

Deputat deyib ki, vaxtilə öz çıxışlarında ABŞ-ı, ümumilikdə Qərb ölkələrini erməni lobbisi ilə iş birliyi quraraq Azərbaycan müxalifətini maliyyələşdirməkdə ittiham edənlər bu gün onların demokratiyaya və insan hüquqlarına verdiyi dəyərdən ağız dolusu danışırlar: Pepperoni pizza

“1993-2005-ci illər arasında rəhbərlik etdiyi qrumdan yüzlərlə işçini heç bir əsas olmadan işdən çıxardan, əllərində yerli və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları olmasına baxmayaraq iş yerinə bərpa etməyən, nazirlikdə ən sərt despotik- avtoritar rejim yaratmış bəziləri bu gün demokrat imic formalaşdırmaq üçün dəridən-qabıqdan çıxırlar. Müxalifət liderlərini “genetik xəstə”, “övladları üçün xəcalət mənbəyi” adlandıran, KİV nümayəndələrinə ən təhqiramiz formada həqarət edən şəxslər bu gün qapılarının mətbuata açıq olduğunu elan edir. Qəribə işlər baş verir. Görünür, Azərbaycan penitensiar  xidməti işini elə qurub ki, sanki möcüzə baş verir -  ora avtoritar düşən mələk cildinə bürünüb demokrat kimi çıxır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!