"ABŞ elan ediləndə George Washington xalq qarşısına çıxanda insanlar “Şah sağ olunsun, yaşasın Şah” deyə salamlayıblar, amma onlar Respublika qurdular, halbuki monarxiya elan etməyə heç nə mane olmurdu. 1918-ci il May ayının 28-də Rəsulzadə və əqidədaşları monarxiya, xanlıq elan edə bilərdilər.
Cəmiyyətdə Respublika elanı tələbi yox idi, cəmiyyətin 99%-i ümumiyyətlə nə baş verdiyini anlamır, bilmirdi (məsələn, xanımlara səsvermə hüququnu verdilər, amma xanımların bundan xəbəri belə yox idi). Amma qurucu babalarımız ən mütərəqqi üsul-idarəni – Cümhuriyyəti, Respublikanı seçdilər".
"Yeni Sabah"ın məlumatına görə, bunu REAL-ın icraçı katibi Natiq Cəfərli deyib. O bildirib ki, bu tarixi hadisədən 101 il keçib, bu gün məmləkət Cümhuriyyət dəyərlərindən xeyli uzaqlaşıb: Marqarita pizza
"Baxmayaraq ki, cəmiyyətin 99%-i oxuma-yazmağı bilir, cəmiyyətin böyük bir qismi çox məsələləri anlayır, bilir, görür, amma reaksiya vermirlər.
Deməli istənilən ölkənin həyati vacib mərhələlərində çox şey siyasi elitanın keyfiyyətindən asılı olur. Bu gün Azərbaycanda məhz keyfiyyət problemi var, amma çox zaman biz səhv olaraq kəmiyyət probleminin olduğunu (aksiyalarda say məsələsinə önəm verməklə) düşünürük, deyirik. Məncə, səhv yanaşmadır, bir gün yenə siyasi elitanın keyfiyyəti məsələsi məmləkət üçün həlledici amil olacaq.
Cümhuriyyətin qurucu babalarının böyüklüyü, vizioner olmaları məhz onların keyfiyyətlərinə görə idi. Allah rəhmət eləsin, onlar bizə örnəkdirlər!".
Telegram kanalımız