Məmmədəli medal qazana bilmədi

saytların hazırlanması

Evə çatdırılma

Məmmədəli medal qazana bilmədi

İdman

29 Avqust 2019 13:45 1511


Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında bu gün Azərbaycanın daha 2 cüdoçusu mübarizəyə qoşulub.

“Yeni Sabah” xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan Məmmədəli Mehdiyev  1/32 finalda  İrji Petrlə (Çexiya) üz-üzə gəlib və qələbə qazanıb. O, 1/16 finalda Remi Fülleni (Mavritiya) məğlub edib. İdmançımızın 1/8 finaldakı  Mikail Özerlerə (Türkiyə) qalib gəlib. Mehdiyev 1/4 finalda Nemanya Majdovla (Serbiya) qarşılaşıb və uduzub. Cüdoçumuz "bürünc" şansını davam etdirib. O, təsəlliverici görüşdə Aksel Klerqe (Fransa) ilə qarşılaşıb və məğlub olub.

70 kq çəkidəki qadın cüdoçu Günel Həsənli isə mübarizəni erkən dayandırıb. O, 1/32 finalda Aoyfe Koflana (Avstraliya) uduzub. pizza sifarişi

Qeyd edək ki, hələlik Azərbaycan cüdoçuları dünya çempionatında 2 medal qazanıb. 73 kq çəki dərəcəsində Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medala yiyələnib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!