Məmmədyarov çilili həmkarı ilə görüşdü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Məmmədyarov çilili həmkarı ilə görüşdü - Fotolar

Siyasət

27 Sentyabr 2019 09:33 757


Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Çilinin Xarici İşlər naziri Teodor Ribera ilə görüşüb.

Xarici İşlər Nazirliyindən "Yeni Sabah"a verilən məlumata görə, görüşdə nazirlər iki ölkə arasında müxtəlif səviyyələrdə təmasların genişləndirilməsi və siyasi dialoqun davamlı şəkildə aparılması məqsədilə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Qoşulmama Hərəkatının qarşıdan gələn Bakı Zirvə görüşündə iştirak, yüksək səviyyəli tədbirə hazırlıq işləri, eləcə də Azərbaycanın Hərəkatda sədrlik prioritetləri ilə bağlı fikir mübadiləsi aparılıb. Dördpendirli pizza

Nazirlər ikitərəfli əlaqələrin inkişafı perspektivləri, xüsusilə də iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdilər, habelə beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Həmçinin beynəlxalq gündəlikdəki aktual məsələlər, o cümlədən müvafiq olaraq regionlardakı vəziyyət baradə fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!