Məmur müşavirədə çaşdı, prezidentdən üzr istədi - Video

saytların hazırlanması

Evə çatdırılma

Məmur müşavirədə çaşdı, prezidentdən üzr istədi - Video

İqtisadiyyat

20 Dekabr 2019 16:54 4524


Xəbər verdiyimiz kimi, dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib.

Müşavirədə "MKT İstehsalat Kommersiya” MMC-nin baş direktoru Rövşən Həsənov səhvə yol verib. Bu məqam dövlət başçısının diqqətindən qaçmayıb: 

Prezident İlham Əliyev: Siz deyirsiniz ki, məhsuldarlığa görə MKT dünyada ilk onluqdadır. Ən çox məhsuldarlığı olan ölkələr hansılardır? Sizdə bu məlumat var? Sezar pizza

Rövşən Həsənov: Bəli var, cənab Prezident. İlk onluqda olan ölkələr Çin, İsrail, Avstriya, Braziliya, Meksikadır.

Prezident İlham Əliyev: Avstriyada da pambıq yetişdirilir?

Rövşən Həsənov: Çox üzr istəyirəm, Avstraliya, Braziliya, Meksika, Yunanıstan.

Prezident İlham Əliyev: Orada nə qədərdir məhsuldarlıq?

Rövşən Həsənov: Onlarda hər hektara mahlıc çəkisi ildən-ilə dəyişməklə 1300-1700 kiloqram arasında olur. Bu, ilk yeddinci yerə aiddir. Cənab Prezident, 1100 kiloqram və daha artıq ilk onluğa düşür.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!