Məmurlar gəlirlərini açıqlasın - Əmlaklarının siyahısı dərc olunsun!

saytların hazırlanması

Evə çatdırılma

Məmurlar gəlirlərini açıqlasın - Əmlaklarının siyahısı dərc olunsun!

Sosial

06 Aprel 2019 14:26 1376


İqtisadçı ekspert Qubad İbadoğlu “Azərbaycanda son zamanlar baş verənləri islahat adlandırmaq olarmı?” sualınaa caavab verib.

“Yeni Sabah” xəbər verir ki, o, son dövrlər "islahatların dərinləşməsi və ya bütün sahələrdə dərin islahatlar aparılması" ifadələrinin siyasi gündəliyı zəbt etdiyini bildirib. Onun sözlərinə görə, bu məqsədlə dövlət başçısı çoxsaylı fərmanlar imzalayır, sərəncamlar verir. 

Q. İbadoğlunun sözlərinə görə, islahat toplumun ehtiyaclarına, zamanın gərəklərinə görə idarəçiliyin yenidən düzənləməsi mənası verir: “İslahat sistemin, davranışların yaxşılaşmasına, siyasət dəyişiklikləri vasitəsilə yeni qayda və vərdişlərə gətirib çıxarmalı, mövcud problemlərin həlli ilə nəticələnməlidir. Məsələn, islahatlar üçün ən yaxşı örnəklərdən biri dövlət tələbə qəbulunda test sisteminin tətbiqi və yaxud ASAN xidmətlərin yaradılması sayıla bilər. Test sistemi tələbə qəbulunda, ASAN dövlət xidmətlərində korrupsiyanı aradan qaldırdı”. Sezar pizza

Ekspert hesab edir ki, son zamanlar imzalanan fərmanlar, verilən sərəncamlar yalnız cari problemlərin qısa müddətli dövründə həllini hədəfləyir: “Bəs onda islahatlar üçün nələr edilməlidir? İlk növbədə siyasi iradə nümayiş etdirməlidir. 

Məsələn, bu gün prezident idarəetmədə korrupsiyanın qarşısını almaq üçün dövlət məmurlarının, parlament üzvlərinin, prokurorların, hakimlərin gəlir və əmlakının bəyan edilməsi ilə bağlı fərman verir, ertəsi gün özü və ailə üzvləri bəyyannaməni doldurub mətbuatda dərc etdirir. 

İkincisi, islahatlara ictimai dəstəyin qazanılması üçün məmur-sahibkar nomenklaturanı dövlət idarəçiyindən kənarlaşdırır, onları milli-mənəvi dəyərlərə sadiq olan islahatçı əhval-ruhiyyəli dürüst və peşəkar kadrlarla əvəzlənir. 

Üçüncüsü, islahat üçün nəzərdə tutulan istiqamətlər üzrə ictimai ehtiyaclar, müstəqil ekspertlərin rəyləri öyrənilir, onların təkliflər nəzərə alınan proqram və konsepsiya əsasında fərmanlar verir. Məsələn, "məhkəmə islahatlarına" start verilməmişdən əvvəl müstəqil hüquqşünaslarla görüş keçiririlir, onların təklifləri toplanılır. 

Göründüyü kimi, indəyə qədər olan mərhələdə islahat deyil, cari problemlərin həllinə cəhdlərdən danışıla bilər ki, hətta onların da həlli bir çox hallarda icranın effektivliyindən asılıdır”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!