“Mən Akif Çovdarovam” - MTN-in sabiq idarə rəisinin evində ilk açıqlaması + Foto

saytların hazırlanması

Evə çatdırılma

“Mən Akif Çovdarovam” - MTN-in sabiq idarə rəisinin evində ilk açıqlaması + Foto

Hadisə

22 Aprel 2020 01:45 7608


Prezident İlham Əliyev tərəfindən  6 aprel 2020- ci ildə imzalanan əfv fərmanı ilə azadlığa buraxılan ləğv olunmuş MTN-nin energetika və nəqliyyatda təhlükəsizlik baş idarəsinin sabiq rəisi Akif Çovdarov artıq evindədir.

Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı əfvə düşən şəxslər bir neçə gün xüsusi karantin rejimində qalıb.

Yenisabah.az xəbər verir ki, Gununsesi.org-un əməkdaşı  hazırda mənzilində olan Akif Çovdarovla əlaqə saxlayıb və onun azadlıqda ilk fotosunu əldə edib. Dördpendirli pizza

“Uzun müddətli həbs cəzasına məhkum olunan bir şəxs kimi  qısa zamanda azadlığa çıxacağınızı gözləyirdinizmi” sualına Akif Çovdarov belə cavab verib: “Mən Cənab Prezidentə təşəkkür edirəm ki, bu gün azadlığa çıxmışam. İndi hamı ağlına nə gəldi, yazır. Mən bunlardan narahat olmuram. Məni bütün media qatı cinayətkar elan etmişdi. Olsun, bir söz demirəm. Amma mən Akif Çovdarovam… Bir gün geniş söhbət edərik, siz də yazarsınız. Başqa bir şey danışmaq istəmirəm. Sağolun”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!