“Mən də özümü öldürəcəyəm, günahkar məktəbdir” – Elinanın rəfiqəsi

saytların hazırlanması

Evə çatdırılma

“Mən də özümü öldürəcəyəm, günahkar məktəbdir” – Elinanın rəfiqəsi

Sosial

07 Aprel 2019 14:53 1420


Xəbər verdiyimiz kimi, 162 saylı orta məktəbin 3-cü mərtəbəsindən özünü atan rus bölməsinin 8-ci sinif şagirdi Elina Hacıyeva dünən vəfat edib.

“Yeni Sabah” xəbər verir ki, Elinanın Züleyxa adlı rəfiqəsi “Facebook”da paylaşım edərək rəfiqəsinin ölümündə məktəbi günahlandırıb: 

“Bu gün mənim çox sevdiyim ən yaxın rəfiqəm dünyasını dəyişib. O, mənim üçün dostdan da artıq idi. Onun anası ilə də çox yaxşı münasibətimiz olub. Onun anasını intiharda günahlandıran ağılsızlar ölsün. Marqarita pizza

Elina məktəbdə onu döydüklərini deyirdi. Ona görə mən onunla birlikdə dəfələrlə direktor və müavininin yanına gedərək, kömək istəmişdik. Onlar isə “sizin uşaq problemləriniz bizim üçün maraqlı deyil” cavabını verirdilər. Halbuki Elina özünü öldürmək istədiyini də onlara deyirdi. Günahkar məktəbdir”, – Zuleyxa qeyd edib.

Elinanın rəfiqəsi də məktəbə getməkdən imtina etdiyini, yoxsa özünü öldürəcəyini bildirib.

“Mənim əzizim sən mənim üçün əbədi yaşayacaqsan. Sən hər zaman mənim ən yaxın rəfiqəm, mənim bacım, mənim həyatım olacaqsan.”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!