“Mən nə etməliyəm?” –Lukaşenko Ermənistanda Azərbaycandan danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Mən nə etməliyəm?” –Lukaşenko Ermənistanda Azərbaycandan danışdı

Siyasət

30 Sentyabr 2019 22:55 1022


"Məsələ burasındadır ki, siz mənim dostumsunuz. Həmçinin, Azərbaycan Prezidenti də uzun illərin yaxşı dostudur. Elə isə mən nə etməliyəm? Mən Ermənistanla da, Azərbaycanla da çox yaxşı münasibətdəyəm. Biz Ermənistanın maraqlarına uyğun işləməyə hazırıq".

"Yeni Sabah" "Musavat.com"a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə bildirib.

Qarabağa qanunsuz səfərlər etmiş bloger Lapşini Azərbaycana təhvil verməklə, həmçinin, KTMT baş katibi postuna iddia etməsinə baxmayaraq, N.Paşinyanın istəklərinə “yox” deməklə Ermənistan rəhbərliyini peşman etmiş Belarus lideri bu dəfə bir sıra yumşaq mesajlar verib. O deyib ki, ermənilərin ona yaxşı münasibət bəslədiyini bilir. pizza sifarişi

Belarus prezidenti daha sonra qeyd edib ki, Ermənistana münasibətdə Belarusun dost siyasəti heç zaman dəyişməyəcək.

Qeyd edək ki, Lukaşenko 1 oktyabrda İrəvanda keçiriləcək iclasda iştirak etmək üçün işğalçı ölkəyə səfər edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!