"Mən Sovetlər Birliyi dağılandan sonra xaricə səfər etməmişəm",
Bu sözləri “Yeni Sabah”a açıqlamasında müğənni Əli Mirəliyev bildirib. Onun dediklərinə görə, müstəqillik sənətçilərin xaricə çıxmasını asanlaşdırsa da, o hələ də bu dövründə təyyarəyə minməyib.
“O vaxtkı sistemlə indiki bir deyil. O vaxt xaricə dövlət xətti ilə çıxdın. İndi isə kim istəsə təyyarəyə minib dünyanı gəzir”. pizza hut
-Bəs, siz istəmirsiniz?
-Mən dünyanın bir çox yerini görmüşəm. Bu yaşda daha nəyimə lazımdır? Həm də ki Sovet İttifaqı dağılanda mən hər şeydən küsdüm.
- İttifaqın dağılmasına küsmüşdünüz?
- Təbii ki, yox. Qanlı Yanvar hadisələri məmim qolumu qırdı. Hər şeydən incidim. Bu da azmış kimi "Dan Ulduzu"nun bədii rəhbəri Gülarə xanımın eyvandan yıxılaraq faciəvi ölümü mənə çox pis təsir elədi. 10 ildən çox efirdən, toydan uzaq qaldım.
-Bu 10 ildə nə etdiniz?
-10 ildə dəmək olar ki, inzivaya çəkildim. Mərdəkanda bağımda özüm üçün sakit yaşayırdım.
-Yenidən efirlərdə, el şənliklərində görünməyə başladınız. Bu necə oldu, 10 il inziva bəs etdi?
- Elçin Əlibəylinin ATV-də yayımlanan bir verilişi var idi. Adı “El içində” idi. Oradakı çıxışımdan sonra yenidən dillərə düşdüm.
-Yenidən tanınmağınızda Elçin Əlibəyliyə borclusunuz?
- O mənə borclu olmalıdır ki, onun proqramını baxımlı edirdim. (gülür)
Əcəmi Əsədulla
Telegram kanalımız