“Məni rus casusları zəhərləyib“ - Saakaşvili

“Məni rus casusları zəhərləyib“ - Saakaşvili

Dünya Saytların hazırlanması

24 Mart 2023 17:07 623


Mixail Saakaşvili zəhərlənməsində Gürcüstan xüsusi xidmət orqanlarına sızan rus casuslarını ittiham edib.

Yenisabah.az "Politico"ya istinadla xəbər verir ki, Saakaşvilinin vasitəçisi  amerikalı vəkil Massimo Di Angelo olub.

“Zəhərin vurulduğu günü aydın xatırlayıram, az qala öləcəkdim. O vaxtdan səhhətim pisləşib.... Olduğum müəssisədə müalicə ilə bağlı əsas qərarları həkimlər deyil, təhlükəsizlik orqanları verir, bütün həkimləri təyin edirlər”, - deyə Saakaşvili yazıb.

Vəkil iddia edir ki, zəhərin kiçik hissələri Saakaşvilinin yeməyi və suyu ilə qarışdırıla bilərdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!