“Mənim əsas məqsədim serialın izlənməsidir” -   “Səkkiz”in rejissoru danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Mənim əsas məqsədim serialın izlənməsidir” - “Səkkiz”in rejissoru danışdı

Şou

13 Yanvar 2026 17:30 803


“Bundan sonra da “Səkkiz” serialının digər bölümləri yəqin ki, yayımlanacaq”.

Bunu “Yeni Sabah”a açıqlamasında "Səkkiz" serialının quruluşçu rejissoru və baş rol oyunçusu, aktyor Hikmət Rəhimov deyib.

O, əsas məqsədinin layihənin izlənilməsi olduğunu vurğulayıb: pizza hut

 “ARB-nin yayımının mənim çəkdiyim seriala görə dayandırılmasından xəbərim yox idi. İndi bildim.

İnsanların tənqidi, məni müzakirə etməkləri barədə heç bir fikrim yoxdur. Mənim əsas məqsədim serialın izlənməsidir. 

Bundan sonra serialın digər bölümləri də yəqin ki, telekanalda yayımlanacaq. Bu suala telekanal daha dəqiq cavab verə bilər. Mən serialı çəkmişəm və kanala təhvil vermişəm”.

Qeyd edək ki, “Səkkiz” serialındakı qeyri-etik ifadələrin yayım zamanı texniki vasitələrlə məhdudlaşdırılmaması Audiovizual Şuranın müdaxiləsinə səbəb olub.

Qurum həmin kadrları “Media haqqında” qanunun tələblərinə zidd sayıb. Nəticədə “ARB” kanalının yayımının 3 saatlıq dayandırılmasına qərar verilib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!