“Mənim istefam Azərbaycanda nadir hadisələrdəndir...” –   Rafael Cəbrayılov 

saytların hazırlanması

Evə çatdırılma

“Mənim istefam Azərbaycanda nadir hadisələrdəndir...” – Rafael Cəbrayılov 

Siyasət

30 Sentyabr 2019 17:37 1950


Bu gün deputatlıqdan istefa verən Rafael Cəbrayılov mətbuat konfransı keçirir.

“Yeni Sabah” xəbər verir ki, o deyib: “Mənim istefam Azərbaycanda nadir hadisələrdəndir və bunu dramatikləşdirmək lazım deyil. Bu mənim öz qərarımdır.  

O problemlərin ikisi də nəyin bahasına olursa onların xeyrinə həll olunacaq.  Dominos pizza

Həmin şəxslər hövsələsizlik etdilər. Mən də o qadınların tərəfini tutdum. Amma qardaşımla problemi həll edə bilmədik. O qadınlar tam haqlıdır”.

***

“Bu məsələdə bir daha deyirəm o qadınlar haqlıdır və mən özümü də günahkar hesab edirəm. Mən meşşan, bürokratiyadan uzaq olan bir adamam. 

Bəzi insanlar elə düşünür ki, deputatın nəinki qapısına, heç hasarına yaxın düşmək mümkün deyil. Amma mənim seçicilərimin xeyli hissəsi bizim evdə olublar. Mən kasıb bir ailədə doğulmuşam. Atam avtobus şoferi olub. Kasıblığın nə olduğunu yaxşı bilirəm. Və mən atdığım addımlarda böyük qəbahət görmürəm. Mən hər gün seçicilərimlə bağlı ondan artıq müraciət edirəm.

“Deputat mandatını girov qoyub” kimi sensasion bir xəbərə qarşı deyiləm. Amma bununla bağlı qarşı tərəfi də dinləməli idilər”. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!