Mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı belə xilas olundu - Video

saytların hazırlanması

Evə çatdırılma

Mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı belə xilas olundu - Video

Hadisə

14 Aprel 2024 19:58 573


Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qurumun “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Nizami rayonları ərazisində vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Toyuqlu pizza

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə hər iki ünvana cəlb olunublar.

Xüsusi alpinist ləvazimatlarından istifadə edərək Nərimanov rayonu ərazisindəki onyeddimərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olan xilasedicilər tərəfindən bağlı qapı arxasında qalan 2022-ci il təvəllüdlü azyaşlı xilas edilərək valideynlərinə təhvil verilib.

Həmçinin, Nizami rayonu ərazisindəki onyeddimərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzilə alpinist ləvazimatlarından istifadə edərək eyvandan daxil olan xilasedicilər tərəfindən bağlı qapı arxasında aşkar edilən 2000-ci il təvəllüdlü yeniyetmə yaxınlarına təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!