Meral Akşenerə Qarabağ torpağı təqdim olundu

saytların hazırlanması

Evə çatdırılma

Meral Akşenerə Qarabağ torpağı təqdim olundu

Maraqlı

08 Noyabr 2023 21:59 1079


Qarabağdan aparılan torpaq bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) İYİ Partiya sədri Meral Akşenerə təqdim olunub. 

“Report”un Ankara bürosunun xəbərinə görə, tədbir Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. 

Torpağı İYİ Partiyadan olan deputat Kürşad Zorlu Qarabağa səfəri zamanı götürüb və özü ilə qardaş ölkəyə aparıb.  pizza

Torpağı partiya sədrinə Ankara Yıldırım Bəyazit Universitetinin azərbaycanlı tələbəsi Sədrəddin Məmmədli və Ankara Universitetində təhsil alan azərbaycanlı Qüdrət Səmədov təqdim edib. 

“Bunu partiyamız Azərbaycanın Qarabağdakı zəfərinin ilk günündən etmək istəyirdi”, - K.Zorlu bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!