Xəzər rayonunun Mərdəkan qəsəbəsinin dəniz çimərliyində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən "Yeni Sabah"a verilən məlumata görə, iyulun 25-də saat 17 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsinin dəniz çimərliyində Bakı şəhər sakini G.Müslümova “KİA” markalı avtomobili arxaya hərəkət etdirərkən paytaxt sakini – 3 yaşlı Əliağa Mustafayevi vurub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb. pizza mizza
Telegram kanalımız