Mərdəkanda dənizdə batan gəncin meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Mərdəkanda dənizdə batan gəncin meyiti tapıldı

Hadisə

23 İyul 2025 13:09 335


Mərdəkanda dənizdə batan 18 yaşlı oğlanın meyiti tapılıb.

Bu barədə Yenisabah.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb. pizza sifarişi

Axtarışlar nəticəsində dənizdə batmış 2007-ci il təvəllüdlü İsmayılov Məhəmməd Oruc oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!