Mərhum akademikin oğluna hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Mərhum akademikin oğluna hökm oxundu

Kriminal

25 Noyabr 2025 14:10 726


Xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Mirheydər İsmayılov və onunla birgə ittiham edilən digər şəxslərin məhkəmə prosesi keçirilib.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Mirheydər İsmayılov 8 il, Murad Həziyev 10 il 6 ay, Emil Rəsulov, Samir İbrahimov, Zamiq Əbdürrəhmanov, Murad Həziyev 1 il sınaq müddəti olmaqla şərti cəza verilib. pizza sifarişi

Səbinə İsmayılovaya cəza təyin edilməyib.

Təqsirləndirilən şəxslər 1 milyona yaxın vəsaiti dələduzluqla ələ keçirməkdə təqsirli biliniblər.

Təqsirləndirlən şəxslər Cinayət Məcəlləsinin 178.4-cü ( Dələduzluq, xüsusilə külli-miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.

Mirheydər İsmayılov Azərbaycanın 1-ci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun oğludur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!