Almaniya Kansleri Angela Merkeli Berlində, Finlandiya Baş Naziri Antti Rinne ilə görüşündə güclü titrəmə tutub.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, bununla artıq üçüncü dəfədir rəsmi tədbirdə Merkelin vəziyyəti pisləşir.
Kansler vəziyyətinin yaxşı olduğunu açıqlayıb: “Mən yaxşıyam. Narahat olmayın”.
Ancaq onun sağlamlıq problemi ilə bağlı vəziyyət öz müəmmasını qoruyur.
Xatırladaq ki, A. Merkel iyunun 18-də Ukrayna Prezidenti Vladimir Zelenski, iyunun 27-də isə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə də görüşündə titrəmə keçirib.
Telegram kanalımız