Məşhur astroloq Dinçer Güner iyun ayının son günlərində start götürəcək Merkuri retrosu ilə bağlı mühüm xəbərdarlıqlar edib.
Astroloji təqvimə görə, rəsmi olaraq 28 iyunda başlayacaq və 25 iyula qədər davam edəcək bu prosesin təsirləri, retro öncəsi yaşanan "kölgə dövrü" səbəbindən artıq həftənin ortalarından etibarən hiss olunmağa başlayacaq.
“Yeni Sabah” xəbər verir ki, bu dəfə Xərçəng bürcündə reallaşacaq gəriləmənin keçmişə dair mövzuları yenidən gündəmə gətirəcəyini deyən D.Güner, köhnə münasibətlərin, yarımçıq qalmış layihələrin, unudulmuş borcların və bağlanmamış hesabların təkrar ön plana çıxacağını bildirir. Xərçəng bürcünün emosional təsiri ilə ailədaxili həssaslıq və incikliklər də alovlana bilər. Astroloq bu ərəfədə mübahisələrdən qaçmağı, sakit və konkret mövqe nümayiş etdirməyi məsləhət görür. pizza
Retro müddətində ünsiyyət ciddi şəkildə pozula bilər. Anlaşılmazlıqlar, qəfil plan dəyişiklikləri və texniki nasazlıqların arta biləcəyini vurğulayan astroloq, xüsusilə elektron cihazlar, rəsmi yazışmalar və səyahətlərdə ikiqat diqqətli olmağı tövsiyə edir.
Eyni zamanda, bu dövrdə mühüm yeni başlanğıclardan uzaq durmaq lazımdır. Evlilik, şərikli layihələr, şirkət qurulması, yeni iş müqavilələri, avtomobil və ya ev alqı-satqısı kimi uzunmüddətli qərarlar mütləq 25 iyuldan sonraya saxlanılmalıdır.
Kosmik geriləmə təkcə mənfi təsirlər daşımır. Köhnə layihələri tamamlamaq, yarımçıq işləri yekunlaşdırmaq və keçmişdə təxirə salınmış mövzuları yenidən nizamlamaq üçün bu proses olduqca səmərəlidir. Retrodan əvvəl başlanmış işlər bu fəaliyyətdən daha az təsirlənir.
Astroloqun qənaətinə görə, önümüzdəki dövrdə ən doğru yanaşma qəfil addımlar atmaq əvəzinə keçmişi gözdən keçirmək və əskikləri tamamlamaq olacaq. Gökyüzü bizə "yeni başlanğıclardan ziyadə, mövcud düzəni bərpa etmək zamanıdır" mesajını verir.
Cəlalə Cəlalqızı
Telegram kanalımız