Meşə fondunun açıq sahələrində rekord sayda ağac əkilib

saytların hazırlanması

Evə çatdırılma

Meşə fondunun açıq sahələrində rekord sayda ağac əkilib

Maraqlı

27 Aprel 2021 13:03 741


Bu yaz mövsümündə IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində keçirilən ağacəkmə tədbirləri zamanı respublikanın meşə fondu ərazilərindəki açıq sahələrdə 400 mindən artıq meşəcinsli ağac əkilib, meşəbərpaya kömək məqsədilə 4 tondan çox toxum səpilib.

ETSN-in Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov Yenisabah.az-a bildirib ki, vətəndaşlara, icra hakimiyyətlərinə, dövlət və özəl təşkilatlara nazirliyin tinglik sahələrində yetişdirilən 121 mindən çox müxtəlif cinsli ağac tingi paylanılıb.

Xidmət rəsmisi vurğulayıb ki, ağacəkmə tədbirləri bütün regionlarda payız mövsümündə də davam etdiriləcək və ilin sonunadək 1 milyondan çox ağacın əkilməsi nəzərdə tutulub. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!