Meşədə parçalanmış meyiti tapılan sahibkarın videosu

saytların hazırlanması

Evə çatdırılma

Meşədə parçalanmış meyiti tapılan sahibkarın videosu

Hadisə

30 Yanvar 2023 15:52 1536


Qəbələdə parçalanmış halda tapılan meyitin iş adamı 1973-cü il təvəllüdlü Səyavuş İbrahimxəlil oğlu Həmidova məxsus olması müəyyən edilib.

Qaynarinfo-nun məlumatına görə, meyiti tapılan sahibkar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin biznesin qurulması və genişləndirilməsi üçün dəstək və xidmətlərindən də yararlanıb. 

Qəbələ şəhərindən olan sahibkar Səyavuş Həmidov KOBİA-nın 2019-cu ildə "Uğur sahibləri" layihəsində də iştirak edib.  Sezar pizza

Bildirib ki, onun işi ticarətdir: "Pal-paltar satırdım və pis də qazanmırdım”. 

Səyavuş Həmidov müsahibəsində əlavə edib ki, Qəbələdə özünə məxsus obyekt plana düşdüyündən sökülüb. O, bundan sonra obyekt icarəyə götürsə də, qazancı yaxşı olmayıb.

"Evim mərkəzdə olduğundan KOBİA-nın məsləhəti ilə qabağında mağaza açdım. Satış da yaxşı oldu”, – meyti tapılan iş adamı o vaxt bildirib. 

Qeyd edək ki, yaxınları onun ölümünün şübhəli olduğunu iddia edirlər.

Faktla bağlı araşdırmalar aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!