Məşhur agentlik oğurlanan saatdan yazdı: “Bu saatı taxan kimdir?”

saytların hazırlanması

Evə çatdırılma

Məşhur agentlik oğurlanan saatdan yazdı: “Bu saatı taxan kimdir?”

Dünya

05 İyul 2019 17:40 1934


İspaniya polisi azərbaycanlı turistin qolundan 1,3 mln. dollarlıq saatı oğurlayan oğrunu tapmayıb. Bundan öncə Azərbaycanda 50-03 McLaren F1 markalı saatın 1 mln., sonra isə 1,2 mln. dollar dəyərində olması barədə yazırdılar. Lakin İspaniyanın Diario de Ibiza qəzeti bildirib ki, iyunun 19-da İbiza adasında sahildə gəzişən turistin 1,3 mln. dollar dəyərində saatı oğurlanıb.

Bu hadisə "Bloomberg"də "Azərbaycanlılar təəccüblənirlər ki, İspaniyada 1,3 mln. dollar dəyərində saat taxan kimdir?" adlı məqalədə danışılır. Agentlik bildirib ki, sosial şəbəkələrdə yayılan İspaniya polisinin hesabatının fotosu həqiqidir.

Richard Mille saatının istehsalçısı olan şirkətin kommunikasiya üzrə direktoru Laura Hyuz bildirib ki, şirkət oğurluğu şərh etmək istəmir, - agentlik əlavə edib.

Prezident İlham Əliyev dəfələrlə dövlət qulluqçularına xəbərdarlıq edib, onlardan ekstravaqant həyat tərzi sürməməyi, öz uşaqlarının davranışına nəzarət etməyi tələb edib. Prezident onun tələblərinə əməl etməyənləri işdən çıxaracağı ilə hədələyib.  Dominos pizza

Agentlik oxuculara məlumat verir ki, Azərbaycanda orta aylıq əməkhaqqı 581 manatdır ($343) ölkənin Dövlət Statistika Komitəsinin məlumatına əsasən), bu da göstərir ki, ölkə əhalisinin əksəriyyətinin 1,3 mln. dollar dəyərində saat almağa imkanı yoxdur.

"Bloomberg" saat oğurluğu haqda məlumatda neft Azərbaycanında korrupsiyanın yüksək səviyyədə olduğunu xatırladır. Ölkə 2018-ci ildə Korrupsiya Qavrama İndeksinə görə, Nikaraqua və Tacikistanla bərabər 152-ci yeri tutub (180 yer).

"Bloomberg" agentliyi saatın saxta olması versiyasını şərh etməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!