Məşhur cərrah Mərkəzi Gömrük Hospitalından ayrıldı   - SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Məşhur cərrah Mərkəzi Gömrük Hospitalından ayrıldı - SƏBƏB

Sağlamlıq

28 İyun 2020 16:21 1068


Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, tanınmış transplantoloq, ümumi cərrah  Mircəlal Kazımi pandemiya səbəbindən bu xəstəxanadan ayrılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Modern.az-a M.Kazımi özü məlumat verib. O qeyd edib ki, Mərkəzi Gömrük Hospitalındakı işindən müvəqqəti olaraq ayrılıb:

"Bildiyiniz kimi, Mərkəzi Gömrük Hospitalı pandemiyalı xəstələr üçün ayrılıb. Bu çətin dövrdə xəstəxana həqiqətən üzərinə böyük yük götürüb. Buradakı əməkdaşlar fədakarcasına xəstələrə xidmət göstərirlər. Xəstəxana yalnız COVİD-19 xəstələrini qəbul etdiyindən, digər xəstələrimizin, xüsusilə də qaraciyər və böyrək transplatasiyası əməliyyatına ehtiyacı olanların müayinə və müalicəsi üçün artıq Mərkəzi Klinikada fəaliyyət göstərirəm”. Dominos pizza

Qeyd edək ki, M.Kazımi 2008-ci ildən 2018-ci ilədək Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, 2018-ci il sentyabrın 28-dən etibarən isə Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəhbəri olaraq fəaliyyətini davam etdirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!