Məşhur fransız aktyoru:   “Makron homoseksualdır“

saytların hazırlanması

Evə çatdırılma

Məşhur fransız aktyoru: “Makron homoseksualdır“

Maraqlı

28 Oktyabr 2020 12:19 3011


“Fransız olaraq ölkəmizdə baş verənlərdən narahatam. Müsəlmanlar nə ediblər ki, siz onları təhqir edirsiniz? Nə üçün siz onların dininə hörmətlə yanaşmırsınız, inancına qarışırsınız”.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri dünyaşöhrətli fransalı aktyor Jerar Depardye verilişlərdən birində qonaq olarkən deyib.

O, Fransanın mövqeyinin düzgün olmadığını bildirərək, müsəlmanlardan üzr istəyib: pizza mizza

“Mən bilirəm ki, bizim respublikanın prezidenti homoseksualdır. Ancaq bu mövzuya heç kəs  heç zaman toxunmur. Onun təcrübəsizliyi üzündən yürütdüyü siyasət bizi uçuruma aparır. Öz adımdan həmvətənlərimə və bütün müsəlman icmasına salam göndərirəm.

Edilən təhqirlərə və nifrətə görə üzr istəyirəm. Hamını sülh içində yaşamağa dəvət edirəm"

Qeyd edək ki, 2013- cü ildə məşhur Fransız aktyoru ölkəsindən imtina edib. O, Fransada böyük məbləğdə vergi ödəmək istəmədiyindən, Rusiyaya gəlmiş və Putin şəxsən ona vətəndaşlıq pasportunu təqdim etmişdi. Həmin vaxt Kremldə J.Departyenin şərəfinə ziyafət də verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!