Məşhur futbolçular azadlığa buraxıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Məşhur futbolçular azadlığa buraxıldı - Foto

İdman

06 Sentyabr 2019 11:16 948


Rusiya yığmasının sabiq futbolçuları Aleksandr Kokorin və Pavel Mamayev azadlığa buraxılıb.

“Yeni Sabah” Rusiya KİV-inə istinadən xəbər verir ki, məhkəmə onların vaxtından əvvəl azadlığa buraxılmaq istəyini qəbul edib. Apelyasiya qərarına əsasən, futbolçular və Kokorinin qardaşı Kirill şərti azadlığa çıxıblar.

Qeyd edək ki, bu şəxslər ötən il oktyabrın 11-də məmur Denis Pak, aparıcı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham olunduqları üçün həbs ediliblər. Mayın 8-də keçirilən məhkəmədə isə Kokorin qardaşlarına 1 il 6 ay, Mamayevə isə 1 il 5 ay həbs cəzası verilmişdi. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!